Bakıda ASOSAI nümayəndələri 2025–2031-ci illər üzrə INTOSAI İdarə Heyətinə seçilib

Ali Audit Orqanları Asiya Təşkilatı (ASOSAI) nümayəndələrinin 2025–2031-ci illər dövrü üçün Beynəlxalq Ali Audit Qurumları Təşkilatı (INTOSAI) İdarə Heyətinə seçilməsi mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, bu, bu gün Bakıda keçirilən ASOSAI İdarə Heyətinin 62-ci iclası çərçivəsində baş tutub.
Məlumata əsasən, ASOSAI üzvlərinin səs çoxluğu ilə Pakistan və Birləşmiş Ərəb Əmirlikləri nümayəndələri INTOSAI İdarə Heyətinə seçiliblər.
15:40 17.07.2025
Oxunuş sayı: 716