IV qrup abituriyentləri təkcə tibbi deyil, digər sahələri də seçməlidirlər - Məleykə Abbaszadə

IV ixtisas qrupuna gələn abituriyentlərin əksəriyyəti yalnız tibb ixtisaslarını seçmək niyyətində olurlar.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
"Biz istəyirik ki, bu qrupa yalnız tibb deyil, eyni zamanda ekologiya, baytarlıq və qida texnologiyaları sahələri ilə maraqlanan şəxslər də yönəlsinlər",- deyə Məleykə Abbaszadə vurğulayıb.
12:21 14.07.2025
Oxunuş sayı: 777