Məleykə Abbaszadə: ADA Universitetində dövlət sifarişli plan yerlərinin açılması nəzərdə tutulur

ADA Universitetində dövlət sifarişli plan yerlərinin açılması nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
“Növbəti illərdə bununla bağlı işlər aparılacaq. Tələbələr ADA Universitetində ödənişsiz təhsil ala biləcəklər”, - deyə DİM sədri bildirib.
12:08 14.07.2025
Oxunuş sayı: 658