Məleykə Abbaszadə: Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb

Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək:
"Onların 53,31 faizi isə ödənişli əsaslarla təhsil alma şansı əldə edəcəklər”
11:59 14.07.2025
Oxunuş sayı: 675