Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Elm və Təhsil Nazirliyində Birləşmiş Ərəb Əmirliklərinin qabaqcıl texnologiya şirkətlərindən biri olan və G42 şirkətlər qrupuna daxil olan "Presight" rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə elm və təhsil naziri Emin Əmrullayev, “Presight” şirkətinin baş icraçı direktoru Tomas Pramotedham və hər iki tərəfdən digər nümayəndələr iştirak ediblər.
Crossmedia.az nazirliyə istinadən bildirir ki, görüş çərçivəsində “Presight” şirkəti tərəfindən təhsil sahəsinə uyğunlaşdırılmış və süni intellekt texnologiyalarına əsaslanan innovativ həllər təqdim olunub. Həmçinin tərəflər arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər, eləcə də gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Əsas müzakirə mövzularından biri təqdim olunan süni intellekt əsaslı texnoloji həllərin “Rəqəmsal məktəb” platformasının təkmilləşdirilməsində istifadəsi olub.
Görüş iştirakçıları təhsilin rəqəmsallaşdırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar
23:45 10.07.2025
Oxunuş sayı: 914