İlham Əliyev Putinin nümayəndəsi ilə görüşdən imtina etdi

Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovun Bakıya səfəri uğursuz alınıb.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi ilə görüşməkdən imtina edib.
Bildirilir ki, Azərbaycan tərəfi 2023-cü ilin dekabrında AZAL-a məxsus təyyarənin vurulması faktının Rusiya tərəfindən rəsmi şəkildə tanınmasını tələb edib. Lakin Kreml bu tələbə əməl etməyib.
Qeyd edək ki, Aleksandr Kurenkov formal olaraq Bakıda keçirilən dar çərçivəli Fövqəladə Hallar Forumunda iştirak edib. Lakin onun Prezident Əliyevlə görüş cəhdi baş tutmayıb.
Bununla yanaşı, Bakı məhkəməsi hazırda həbsdə olan rusiyalı jurnalistlərin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciətləri də rədd edib.
Fatimə Məmmədova
15:49 10.07.2025
Oxunuş sayı: 787