Azərbaycanın namizədi Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib



Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının Bakıda keçirilən III növbədənkənar sessiyasında qurumun Baş katibi seçilib.
Bu barədə Crossmedia.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv dörd ölkə - Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparıb.
BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli çıxışında ona göstərilən etimada görə təşəkkür edib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını söyləyib.
14:41 10.07.2025
Oxunuş sayı: 801