İsrail-İran müharibəsi sonrası Tehran Birjasında etirazlar

İsrail-İran müharibəsinin yaratdığı gərginlik İranda iqtisadiyyata da təsirini göstərir. Sosial mediada paylaşılan videoda bir qrup etirazçının Tehran Birjasının binasına daxil olduğu əks olunur. Görüntülərdə etirazçılardan biri “mən bədbəxt oldum” sözlərini deyir.
Crossmedia.az "BBC"-ə istinadən xəbər verir. Məlumata görə, İran mediası bildirir ki, həftənin əvvəlindən bəri birja bazarında mənfi tendensiya davam edir. İyulun 7-də Tehran Birja Fondunun baş direktoru Mahmud Qudərzi kapital bazarına dəstək məqsədilə yeni paket təqdim edib. Buna baxmayaraq, investorlar arasında narazılıq və gərginlik azalmayıb.
Qeyd olunub ki, hazırda bazarda vəziyyət hələ də sabitləşməyib və hadisələr iqtisadi böhranın dərinləşdiyini göstərir.
12:45 10.07.2025
Oxunuş sayı: 1056