“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb

4-6 iyul tarixlərində keçirilmiş beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələrinə əsasən, 124 namizəd final mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə ümumilikdə 329 iştirakçı idarəetmə bacarıqlarını sınamaq imkanı əldə edib.
Crossmedia.az xəbər verir ki, finalçılar arasında 79 nəfər Bakıdan, 45 nəfər isə regionlardan qatılan namizədlərdir. Onlardan 99-u kişi, 25-i qadındır. Seçilmiş finalçılar dövlət, özəl və beynəlxalq şirkətlərdə, eləcə də qeyri-hökumət təşkilatlarında çalışan peşəkarları təmsil edir.
Yarımfinal mərhələsində iştirakçılara 12 fərqli keys təqdim olunub. Namizədlər 4 müxtəlif komanda quruluşu əsasında bu tapşırıqlar üzərində çalışaraq müxtəlif səriştə bacarıqlarını nümayiş etdiriblər. Hər bir iştirakçı 2 gün ərzində 8 fərqli ekspert tərəfindən qiymətləndirilib. Bu yanaşma şəffaf və çoxşaxəli qiymətləndirməni təmin edib.
13:10 09.07.2025
Oxunuş sayı: 659