Ombudsman: "Azərbaycanda insan kapitalının hərtərəfli inkişafına dəstək göstərilir"

"Azərbaycanda insan kapitalının hərtərəfli inkişafına dəstək göstərilir, müvafiq islahatlar keçirilir".
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxışında deyib.
O bildirib ki, insan hüquqları və uşaq hüquqları aylıqları hər il Azərbaycanda qeyd olunur: "Bundan başqa, ardıcıl maarifləndirici tədbirlər təşkil olunur. Gənclərin peşəkarlığını, təcrübi biliyini artırmaq məqsədilə Ombudsman Aparatında könüllülük proqramları təşkil olunur. "
Fidan Qarayeva
16:00 04.07.2025
Oxunuş sayı: 870