Zelenski Trampla görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasındakı yüksək vəzifəli mənbə AFP agentliyinə məlumat verib.
Bildirilib ki, görüş iyunun 26-da Haaqada keçiriləcək NATO sammiti çərçivəsində baş tutacaq. Hazırda tərəflər görüşün texniki detalları üzərində işləyirlər.
Mənbənin sözlərinə görə, danışıqlarda əsas müzakirə mövzuları Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və Ukraynaya silah tədarükünün genişləndirilməsi olacaq.
22:23 24.06.2025
Oxunuş sayı: 748