Almaniyada azərbaycanlı gənclərin və tələbələrin görüşü keçirilib




- Almaniyanın Bad Karlshafen şəhərində azərbaycanlı gənclərin və tələbələrin növbəti görüşü keçirilib.
- Crossmedia.az xəbər verir ki, görüş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutub. Məqsəd Almaniyada fəaliyyət göstərən Azərbaycan Tələbə və Elmi İşçilər Birliyinin illik fəaliyyətini qiymətləndirmək, təşkilati strukturu təkmilləşdirmək və üzvlər arasında həmrəyliyi gücləndirmək olub.
- Görüşdə
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli, eləcə
də Almaniyanın müxtəlif şəhərlərində təhsil alan tələbələr, doktorantlar, mühəndislər,
İT mütəxəssisləri və sosial elmlər üzrə tədqiqatçılar iştirak ediblər.
İştirakçılara
son bir il ərzində birliyin həyata keçirdiyi əsas layihələr, partnyorluq təşəbbüsləri
və kommunikasiya strategiyaları ilə bağlı ətraflı məlumat verilib. Eyni
zamanda, 2026-cı il üçün müəyyən olunan yeni istiqamətlər üzrə fəaliyyət
planlarından da danışılıb.
Gənclər
bu görüşü öz bilik və təcrübələrini paylaşmaq üçün unikal bir imkan, eyni
zamanda “il boyu gözlədikləri yeganə məkan” və ya “şəxsi inkişaf üçün
ilhamverici fürsət” kimi dəyərləndiriblər.
Qeyd
edək ki, 2007-ci ildə yaradılan Azərbaycan Tələbə və Elmi İşçilər Birliyinin
(VASW e. V.) əsas məqsədi Almaniyada yaşayan azərbaycanlı tələbə və gənc mütəxəssisləri
təhsil, mədəniyyət, elmi əməkdaşlıq və sosial inteqrasiya sahələrində dəstəkləmək,
kollektiv təşəbbüslərin inkişafına töhfə vermək, həmçinin Azərbaycanın zəngin
tarixi, mədəniyyətini Almaniyada tanıtmaqdır.
13:26 23.06.2025
Oxunuş sayı: 636