ABŞ siyasətçisi: “Netanyahu İrana hücumla müharibəni özü başlatdı”

ABŞ senatoru Bernie Sanders İsrailin Baş naziri Benyamin Netanyahunun siyasətini sərt tənqid edib. O, Netanyahunun İrana hücum edərək müharibəni qəsdən başlatdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Senatorun sözlərinə görə, Netanyahu ABŞ-İran arasında davam edən nüvə danışıqlarını sabotaj etmək məqsədilə İranın yüksək rütbəli rəsmisi, nüvə danışıqlarında əsas fiqurlardan biri olan Əli Şamxanini qətlə yetirib.
“Məncə Netanyahu bu müharibəni İrana hücum etməklə başladı. O, ABŞ-İran nüvə danışıqlarını qəsdən sabotaj etdi və İranın nüvə müzakirəçisi Əli Şamxanini öldürdü. ABŞ artıq başqa bir qeyri-qanuni Netanyahu müharibəsinə sürüklənməməlidir – istər hərbi, istərsə də maliyyə baxımından”,– deyə Sanders vurğulayıb.
Qeyd edək ki, Sanders bu açıqlaması ilə ABŞ rəhbərliyini ehtiyatlı olmağa və Yaxın Şərqdə mümkün yeni qarşıdurmalardan uzaq durmağa çağırıb.
Fidan Xəlilova
23:00 16.06.2025
Oxunuş sayı: 1006