Tramp: “Putin heç kimlə danışmır…”

ABŞ Prezidenti Donald Tramp Rusiyanın G8-dən çıxarılmasını böyük səhv adlandırıb. Onun sözlərinə görə, bu qərar Rusiya dövlət başçısı Vladimir Putini incidib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Bu böyük bir səhv idi. Əgər Rusiya təşkilatdan çıxmasa idi müharibə baş verməzdi. Düşmənləri masa arxasında saxlamaq lazımdır. Mən isə düşünmürəm ki, o vaxtlar Putin düşmən idi", – deyə Tramp G7 sammitində Kanada Baş naziri Mark Karni ilə görüş zamanı bildirib.
Tramp əlavə edib ki, hazırda Putin heç kimlə danışmır, yalnız onunla əlaqə saxlayır: "Çünki onu G8-dən çıxaranda incidi".
Fatimə Məmmədova
21:36 16.06.2025
Oxunuş sayı: 1110