Mirzoyan və ATƏT sədri Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə telefonla danışıb.
Crossmedia.az xəbər verir ki, Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, onlar Ermənistan-ATƏT əməkdaşlığı məsələlərini müzakirə ediblər. A.Mirzoyan və Elina Valtonen həmçinin regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. A.Mirzoyan Ermənistan və Azərbaycan arasında nizamlanma prosesində son müzakirələri, o cümlədən sülh müqaviləsinin imzalanmasına yönəlmiş səylər barədə danışıb.(report)
19:49 16.06.2025
Oxunuş sayı: 730