Bu il 400-ə yaxın ekoloji təmiz avtobus Bakıda istismara veriləcək

Paytaxtın avtobus şəbəkəsində 166 elektriklə işləyən və 55 ədəd ekoloji cəhətdən təmiz CNG texnologiyasına sahib avtobuslar fəaliyyət göstərir.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd edilib ki, bu il Çinin “BYD” şirkəti ilə birlikdə elektrobusların yerli istehsalına başlanılması planlaşdırılır. Müəssisədə ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. Bu il özəl daşıyıcıların 400-ə yaxın əlavə ekoloji təmiz avtobus alaraq Bakı şəhərində istismara verməsi nəzərdə tutulur.
Hazırda paytaxtda 39 kilometrdən çox mikromobillik zolaqları təşkil edilib. Bu şəbəkənin ümumi uzunluğunun 100 km-ə çatdırılması hədəflənib.
Bildirilib ki, taksi xidməti sahəsində aparılan islahatlar çərçivəsində müvafiq parkın yenilənməsi və taksi səfərlərinin azalması da ətraf mühitin mühafizəsi baxımından böyük əhəmiyyətə malikdir. İslahatlara qədər taksi parkının təxminən 62%-nin yaşı 15-dən yuxarı idisə, indi onların orta yaşı 7 ildir.
16:08 05.06.2025
Oxunuş sayı: 1057