Laqodexidə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş dərs keçirilib

Laqodexi rayonundakı “Qabal İnkişaf Mərkəzi”ndə Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dərs keçirilib.
Crossmedia.az xəbər verir ki, öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca mərkəzin rəhbəri Yavər Məmmədov çıxış edərək Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmlənməsində müstəsna rolundan danışıb. Bu gün ölkəmizin qazandığı bütün uğurların təməlində Ümummilli Liderin həyata keçirdiyi uzaqgörən siyasətin dayandığını bildirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, siyasi iradəsi və şanlı ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad edilən yurdumuzun sürətli şəkildə bərpa olunduğunu, soydaşlarımızın öz yurdlarına geri döndüyünü və Qarabağda həyatın yenidən canlandığını vurğulayıb.
Bu cür tədbirlər gənc nəslin milli dəyərlərə, vətənə və tarixə bağlı ruhda yetişməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
14:10 14.05.2025
Oxunuş sayı: 662