Tədqiqatçı-alim Seymur Nəsirovun Ümummilli Lider Heydər Əliyev haqqında müsahibəsi Misir mətbuatında

Misir mətbuatında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı müsahibəsi dərc olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Seymur Nəsirov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının qəlbində xüsusi yer tutduğunu, öz həyatını xalqa xidmətə həsr etdiyini və adının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib.
O, məqalədə Ulu Öndərin siyasi fəaliyyəti barədə məlumat verib. Ümummilli Lider Heydər Əliyevin qısa müddət ərzində dövlət qurumlarını konsolidasiya etməyə, beynəlxalq əlaqələri möhkəmləndirməyə, ölkənin uzunmüddətli davamlı inkişaf strategiyasının əsaslarını qoymağa müvəffəq olduğunu vurğulayıb. İslam dünyası və ərəb ölkələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb.
12:20 14.05.2025
Oxunuş sayı: 719