Ərdoğan və Zelenski arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Crossmedia.az türk mətbuatına xəbər verir ki, danışıq zamanı iki ölkə arasında qarşılıqlı münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir ki, Ərdoğan Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası istiqamətində iradənin nümayiş etdirilməsinin son dərəcə vacib olduğunu vurğulayıb.
O, Türkiyənin bu prosesin hər mərhələsində dəstək verməyə hazır olduğunu bildirib.
Türkiyə lideri həmçinin qeyd edib ki, hərtərəfli atəşkəs, sülh danışıqları üçün zəruri mühiti formalaşdıra bilər.
Aybəniz Səfərova
21:20 12.05.2025
Oxunuş sayı: 1020