Elmar Baxşıyev: "Derbidə həm "Qarabağ", həm də "Neftçi" hücum futbolu nümayiş etdirəcək"
Azərbaycan Premyer Liqasının VIII turunda baş tutacaq "Qarabağ" – "Neftçi" matçında hər iki komanda hücum futbolu nümayiş etdirəcək.
Crossmedia.az xəbər verir ki, futbol mütəxəssisi Elmar Baxşıyev deyib.
O, hər iki kollektivin Azərbaycan derbisinə yüksək motivasiya ilə çıxacağını bildirib:
"Son illərə nəzər salsaq, komandalar bu oyunlara turnir cədvəlində fərqli mövqelərdə qərarlaşmaqla çııxırdılar. Qarşılaşmanın özəlliyi odur ki, hər iki kollektivin xalları eynidir və turnir cədvəlinin zirvəsindədirlər. Qələbə qazanan psixoloji üstünlük əldə edəcək. Derbidə şanslar bərabərdir. Hansı komanda oyuna daha yüksək motivasiya ilə çıxsa, üstünlük qazanacaq. Hər iki komandanın hücum futbolu nümayiş etdirəcəyini təxmin etmək olar".
Qeyd edək ki, "Qarabağ" – "Neftçi" matçı Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da start götürəcək.
16:20 16.10.2026
Oxunuş sayı: 46