Pakistan Hindistanla danışıqlara hazır olduğunu açıqladı

Pakistan Hindistanla mümkün danışıqlar zamanı üç əsas məsələni — Kəşmir münaqişəsini, transmilli terrorizmi və Hind çayının sularından birgə istifadə problemini müzakirə etməyə hazır olduğunu bildirib. Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif müsahibəsində danışıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, nazir münasibətlərin gərgin olduğu Hindistanla 76 ildir davam edən bu problemlərin hələ də həll olunmadığını deyib: “Hindistanla münasibətlərimizdə üç əsas məsələ var — Kəşmir, terrorizm və su. Pakistan terrorizmdən ən çox zərər görən ölkədir və bu məsələ mütləq həllini tapmalıdır. Kəşmir problemi isə ölkələrimiz arasında üç dəfə müharibəyə səbəb olub və danışıqlar gündəmində yer almalıdır,” – deyə qeyd edib.
Nazir bildirib ki, Hind çayının sularından istifadə ilə bağlı mübahisə artıq 1960-cı ildə imzalanmış müqavilə ilə tənzimlənib və bu sazişin birtərəfli qaydada dayandırılması hüquqi cəhətdən mümkün deyil.
Xavaca Asif həmçinin qeyd edib ki, 10 may tarixində Hindistanla atəşkəs barədə razılıq əldə edilməsi Pakistan üçün ciddi diplomatik qələbə sayılır: “Bu uğur ölkəmizin həm təmkinini, həm də hərbi gücünü göstərdi.”
Ekspertlərə görə, bu mövqelər iki ölkə arasında uzun müddətdir davam edən gərginliyi azaltmaq üçün mühüm başlanğıc ola bilər.
Fatimə Nəbiyeva
19:00 12.05.2025
Oxunuş sayı: 924