Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib




Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər, Energetika nazirlikləri və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Crossmedia.az xəbər verir ki, bu baradə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Ağacəkmə aksiyasında Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP sədrinin müavini Tahir Budaqov, həmçinin sözügedən qurumların kollektivi və ekokönüllülər iştirak edib.
Aksiyanın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirmək, onun ətraf mühitə göstərdiyi xüsusi qayğını bir daha vurğulamaqla yanaşı, yaşıllıqların artırılmasına töhfə verməkdir.
15:40 10.05.2025
Oxunuş sayı: 902