Ceyhun Bayramov: Pakistan və Hindistanı məsələni siyasi-diplomatik müstəvidə həll etməyə çağırırıq

Azərbaycan Pakistan və Hindistanı məsələni siyasi-diplomatik müstəvidə həll etməyə çağırır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Pakistan-Hindistan müharibəsində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır:
"Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bir ölkə digər dövlətin ərazisinə zərbələr endirirdi. Biz hər iki tərəfi məsələni siyasi müstəvidə həll etməyə çağırmışıq".
12:08 10.05.2025
Oxunuş sayı: 786