MSK-nın nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti mayın 11-də Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə Tiranaya səfərə yola düşüb.
Crossmedia.az MSK-ya istinadən xəbər verir ki, Albaniya Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə ünvanladığı dəvətə əsasən, Albaniyada parlament seçkilərinin müşahidəsində Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov və Katibliyin şöbə müdiri Ramin Nurəliyev iştirak edirlər.
Səfər çərçivəsində Mərkəzi Seçki Komissiyası nümayəndələrinin Albaniya Mərkəzi Seçki Komissiyasının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, ali seçki qurumları arasında əlaqələrin və seçkilərə dair müxtəlif sahələrdə təcrübə mübadiləsinin dərinləşdirilməsi imkanları yönündə müzakirələr aparılması da nəzərdə tutulur.
Nümayəndə heyəti səsvermə gününədək parlament seçkilərinə ümumi hazırlıq prosesləri ilə tanış olmaqla yanaşı, seçki günü məntəqələrdə səsvermə prosedurlarını da izləyəcəklər.
10:53 09.05.2025
Oxunuş sayı: 954