Özbəkistandakı ABŞ universitetinin nümayəndəsi: "Təhsil haqqı min dollardır"

""Webster Unıversıty" Daşkənddə yerləşən ABŞ Universitetidir. Universitet Daşkəndin mərkəzində yerləşir".
Crossmedia.az xəbər verir ki, bunu "Webster Unıversıty" nümayəndəsi Yaşnarbek Saidov İngla Scool Baku-nun təşkilatçılığı ilə "Özbəkistan ali təhsil müəssisələrinin sərgisində" açıqlamasında deyib: "Biz bakalavr və magistr dərəcələri təklif edirik, lakin hazırda bakalavr proqramları mövcud deyil. Magistr dərəcəsi üzrə biologiya, iqtisadiyyat, beynəlxalq münasibətlər, media tədqiqatları, psixologiya və digər ixtisaslar üzrə təhsil imkanı təqdim edirik. Bizdə təhsil haqqı cəmi 1000 dollardır. Halbuki eyni diplom üçün ABŞ-də təhsil almaq istəsəniz, 30,000 dollar ödəməli olarsınız".
Qeyd edək ki, mayın 3-də İngla School Baku-nun təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında Özbəkistan universitetlərinin sərgisi keçirilib. Tədbirin tərəfdaşları Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK), Crossmedia.az Analitik informasiya Portalı idi.
Qardaş Özbəkistanın 15-ə qədər nüfuzlu universitetlərindən – STARS Beynəlxalq Universiteti, Jurnalistika və Kütləvi kommunikasiya Universiteti, Milli Tədqiqatlar Universiteti “Daşkənd İrreqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu”, Özbəkistan-Finlandiya Pedaqogika Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universiteti Daşkənd Filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti, Daşkənd Dövlət İqtisadiyyat Universiteti olmaqla 40-dan çox nümayəndə sərgiyə qatılıb.
Xumar Emilqızı
13:02 03.05.2025
Oxunuş sayı: 1182