Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada keçirilən müsabiqədə mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada fəaliyyət göstərən “Brands Review Magazine” təşkilatının “Brands Review Magazine Awards” müsabiqəsində qalib olub.
Crossmedia.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir ki, agentlik müsabiqəyə qurumun ümumi fəaliyyəti ilə qatılıb və “Avropanın ən yaxşı Dövlət Məşğulluq Xidməti Təminatçısı” kateqoriyası üzrə mükafata layiq görülüb.
“Brands Review Magazine” təhsil, innovasiya, texnologiya, sığorta, investisiya kimi sahələrdə fərdlərin, özəl və dövlət sektorlarının nailiyyətlərini mükafatlandıraraq, əldə olunan uğurları geniş ictimaiyyətə çatdırmaq məqsədinə xidmət edir.
15:45 02.05.2025
Oxunuş sayı: 747