Əmək Mühafizəsi Mərkəzinin audit tenderini yenə eyni şirkət uddu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Crossmedia.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Abacus Audit And Consulting" MMC-dir.
Qalib şirkətə 3,7 min manat ödəniləcək.
Ötən il bu tenderin qalibi "Abacus Audit And Consulting" MMC olub. Şirkətə 2 700 manat ödənilib.
11:35 01.05.2025
Oxunuş sayı: 795