"Əsrə bərabər gün" - torpaq və yaddaşın ən uzun hekayəsi



Aprelin 25-də Akademik Milli Dram Teatrının səhnəsində Çingiz Aytmatovun "Əsrə bərabər gün" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. Bu əsəri Çingiz xandan Çingiz Aytmatova qədər uzanan tarixi bir xətt kimi — dünən, bu gün və sabah kontekstində yaşadığımız əsrə baxış adlandırmaq olar.
Tamaşanın süjeti Boranlı stansiyasının dəmiryolçusu Yedigeyin yaxın dostu Qazanqapın cənazəsini qədim yurd yeri olan Ana-beyitdə dəfn etmək üçün çıxdığı yolla başlayır. Ancaq yolun "giriş qadağandır" işarəsi ilə bağlanması — kosmik stansiyanın salınması səbəbindən olsa da, tamaşada bu məqam daha dərin mənada — torpağa, əcdadlara sahiblik duyğusunun itməsi kimi yozulur.
Əsər boyu verilən əsas mesaj belədir: Oğullar atalarını, analarını tanımırsa, torpaq da onları qəbul etmir. Belə insanların nə doğma torpaqda, nə də sonsuz qalaktikada yeri yoxdur.
"Əsrə bərabər gün" — əcdadlarının genetik kodlarını unudanlar haqqında, torpaq və yaddaş üzərində qurulan ən uzun günün hekayəsidir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Ayan Sədi
19:37 28.04.2025
Oxunuş sayı: 1325