Trampın komandası növbəti 100 gün üçün plan hazırlayır

ABŞ prezidenti Donald Trampın komandası növbəti 100 gün üçün fəaliyyət planını hazırlayıb.
Crossmedia.az "Reuters"-ə istinadən xəbər verir ki, rəsmi şəxslərin bildirdiyinə görə, planın əsas prioritetləri ticarət sazişləri və sülh danışıqları olacaq.
Məqalədə həmçinin qeyd edilir ki, gələn ay Tramp uzunmüddətli xarici səfərə çıxacaq. Səfər çərçivəsində o, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə baş çəkəcək. Tramp bu səfəri zamanı Ukrayna ilə Rusiya arasında davam edən müharibənin sülh yolu ilə həll olunmasına çağırışlarını davam etdirəcək.
15:57 27.04.2025
Oxunuş sayı: 1291