Zəngəzur dəhlizi açılır: “Aİ dəstək verə bilər”

Avropa İttifaqının (Aİ) xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali komissari K. Kallas Bakıya gəlib. “Avropa İttifaqı Azərbaycanla əlaqələrin inkişafında maraqlı görünür. Aİ Azərbaycanla təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək əzmindədir”.
Bu fikirləri Aİnin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissari Kaya Kallasın aprelin 25-də Azərbaycana səfəri barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, son illərdə ikitərəfli əlaqələrdə yaranmış müəyyən problemlər arxada qalmasi gözlənilir: “Hazırda ABŞ-la siyasi böhran yaşayan Aİ yeni güc mərkəzi olmaq istiqamətində siyasət həyata keçirir. Ötən ay Aİ Mərkəzi Asiya ölkələri ilə birgə sammit keçirdi. Aİ Mərkəzi Asiyadan neft- qazın və Uranın daşınmasını Azərbaycan üzərindən həyata keçirməkdə maraqlıdır. Məhz Cənubi Qafqaza və Mərkəzi Asiyaya siyasətini Azərbaycan üzərindən həyata keçirilməsini nəzərdən keçirir”.
Müsahibimizin fikrincə, Azərbaycan üzərindən keçən "Orta dəhliz" qısa və təhlükəsiz olması digər marşurutlardan rentabellidir: “ Demek olar ki, Brüssel Azərbaycanla müəyyən fikir ayrılıqlarını kənara qoyaraq ölkəmizlə münasibətlərdə yeni səhifə açır. Aİ-nin Mülki Missiyası Ermənistanla Azərbaycan sərhəddində müşahidə aparır. Bu ikitərəfli əlaqələrə kölgə salır. Azərbaycanın regionda artan siyasi və nəqliyyat imkanları Brüsselinn siyasətində korrektlər edəcək. Aİ Zəngəzur dəhlizinin açılmasına dəstək verməsi gözlənilir. Beynəlxalq və regional şərtlər dəyişdikcə Aİ ilə Azərbaycan arasında münasibətlər inkişaf edəcək”.
Kənan Novruzov
20:05 26.04.2025
Oxunuş sayı: 1343