İstanbul yenidən silkələndi

Aprelin 25-i axşam saatlarında İstanbulun qərb hissəsində bir neçə yeraltı təkan qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakətlərin Qarşısının Alınması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, təkanların episentri Mərmərə dənizində, Böyükçekməcə rayonu sahillərində yerləşib.
Zəlzələnin maqnitudası 4,3 bal, ocağı isə 7 kilometr dərinlikdə olub.
22:39 25.04.2025
Oxunuş sayı: 630