Tramp hücumunu öncədən bilən kahindən yeni xəbərdarlıq: “Yeni Papa fəlakət gətirəcək”

ABŞ-li kahin Brandon Dale Biggs, Vatikanın seçəcəyi növbəti Papa ilə bağlı qorxulu bir peyğəmbərliklə çıxış edib.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, o, 2014-cü ildə Tanrının ona gələcək Papayla Dəccalın yanaşı göründüyü bir təsvir göstərdiyini və bu vəziyyətin insanlıq üçün fəlakət gətirəcəyini iddia edir. Biggs, Papa Fransiskin vəfatı ilə təsvirin mənalı olduğunu deyib və yaxın gələcəkdə bu öngörüsünün gerçəyə çevriləcəyini bildirib.
Kahin yuxusunda növbəti Papanı açıq şəkildə gördüyünü deyərək onu zəif, ağ dərili və ənənəvi papa geyimləri içində təsvir edib. Məlumata görə, Biggsin təsvirindəki tamamilə ağlar içindəki Papa, Bibliyada aldatıcı bir varlıq kimi təsvir edilən və Qiyamət günündən əvvəl ortaya çıxacağına inanılan Dəccalın yanında, qara geyimdə dayanırdı.
Kahin bu təsvirin mənası barədə dəqiq açıqlama verməsə də, 2025-ci ilin əvvəlində Tanrıdan aldığına inandığı və bu hadisə ilə bağlı olduğunu söylədiyi bir mesajı paylaşaraq, ilin əvvəlində kilsədə mühüm bir dini liderin vəfat edəcəyini əvvəlcədən bildiyini iddia edib.
Biggs daha əvvəl, 2024-cü ilin aprelində ABŞ-nin Pensilvaniya ştatının Butler şəhərində keçmiş prezident Donald Trampa qarşı edilən sui-qəsd cəhdini də öncədən bildiyini iddia etmişdi. Hücumdan üç ay əvvəl yayımlanan bir videoda o, “Güllə qulağının yanından keçdi, o qədər yaxın idi ki, qulaq pərdəsi partladı” sözlərini işlətmişdi.
Gözlənilir ki, yaxın günlərdə keçiriləcək dəfn mərasiminə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və İtaliyanın Baş naziri Corcia Meloni də daxil olmaqla bir çox dünya lideri qatılacaq.
Mədinə Cəlilova
22:17 25.04.2025
Oxunuş sayı: 611