İran prezidenti Azərbaycana səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian 28 apreldə Azərbaycana səfər edəcək.
Crossmedia.az-ın məlumatına görə, bu barədə "Azad Iran" İranın Ticarət-Sənaye Palatasının sədr müavini Hüseyn Pirmoazzinə istinadən xəbər verir.
Onun sözlərinə görə, İran Prezidentinin səfərindən əvvəl Bakıya Ərdəbil vilayəti və ölkənin şimal-qərb vilayətlərindən 110 özəl sektor nümayəndəsi və sahibkardan ibarət qrup yola düşəcək.
13:40 18.04.2025
Oxunuş sayı: 1025