Rusiya Talibana rəsmi status verdi

Rusiya Federasiyası Talibanı Əfqanıstanın qanuni hökuməti kimi rəsmən tanıyıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Ali Məhkəməsi Taliban hərəkatının terror təşkilatları siyahısından çıxarılması ilə bağlı Baş Prokurorluğun vəsatətini təmin edib.
Əfqanıstan Xarici İşlər Nazirliyi qərarı alqışlayaraq bəyan edib:
“Əfqanıstan Rusiya Federasiyasının bu günkü qərarını müsbət qarşılayır. Ölkəmiz Rusiya ilə mədəni, siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirəcək. Ümid edirik ki, Rusiyanın bu addımı digər dünya gücləri üçün də nümunə olacaq.”
Mədinə Cəlilova
18:51 17.04.2025
Oxunuş sayı: 1016