Azərbaycan və Sloveniya minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Sloveniya humanitar minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı Tanya Fayon ilə birgə mətbuat konfransında bildirib.
C.Bayramov xatırladıb ki, Ermənistan tərəfindən quraşdırılmış minalar azad edilmiş ərazilərdə bərpa işlərinə və keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasına əhəmiyyətli dərəcədə maneə törədir.
"Münaqişənin başa çatmasına baxmayaraq, dinc sakinlər mina partlayışları nəticəsində həlak olmaqda davam edirlər. Danışıqlar çərçivəsində biz həmçinin Sloveniya ilə humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik", - o bildirib.
13:38 17.04.2025
Oxunuş sayı: 949