Azərbaycan-Gürcüstan münasibətlərinin regiona çox böyük faydası var - AÇIQLAMA

Gürcüstan və Azərbaycan münasibətləri qonşuluq münasibətləri ilə məhdudlaşmır. Region dövlətləri arasında Gürcüstan hər zaman həm iqtisadi, həm siyasi cəhətdən Azərbaycanın yanında olub, Azərbaycanla müştərək layihələrində iştirak edib. Azərbaycan yanacağı Gürcüstan tranzit və nəqliyyat xəttləri ilə Avropaya çatdırılır. Həmçinin bu da onun iqtisadiyyatına hər il milyardlar qazandırır. Gürcüstan prezidenti Kavelaşvili Azərbaycana ilk rəsmi səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşü çox mühüm əhəmiyyət daşıyır. Görüşdə Azərbaycan-Ermənistan arasındakı sülh müqaviləsindən də danışıldı. Kavelaşvili tezliklə sülhün imzalanacağına ümid etdiyini bildirdi.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə Crossmedia.az-a açıqlama verib: "Azərbaycanın uzun illərdir, hələ Ulu öndər Heydər Əliyevin dövründən Gürcüstanın çətin vaxtlarında enerji sahəsində dəstəyi danılmazdır. Qonşu dövlətlərdən Azərbaycanı hərtəfəfli dəstəkləyən ölkələrdən biri də Gürcüstandır. Gürcüstan bugün də bizim həm yaşıl enerji, həm də yanacaqla bağlı Azərbaycanın iqtisadiyyatının inkişafından kənarda qalmayan ölkələrdəndir. Gürcüstan prezidenti Kavelaşvilinin Azərbaycana gəlməsi iki ölkə arasında olan müəyyən müqavilələr və gələcəkdə bu müqavilələrin həm iqtisadi, həm sənaye, həm digər məsələlərdə bizə dəstək olmasından xəbər verir. Gürcüstan bizim Ermənistanla aramızda olan problemlərin şahididir və o problemlərin həllinin müzakirəsinə ev sahibliyi etməkdə bizə dəstək ola bilər. Gürcüstan bugün də bu siyasəti aparır. Hesab edirəm ki, Gürcüstan elə bu məsələlərdə bizə çox böyük dəstək olacaq".
Ayhan Ağarzayev
11:43 17.04.2025
Oxunuş sayı: 939