Pezeşkian Zərifin istefasını qəbul etdi– Yeni təyinat olub

İran Prezidenti Məsud Pezeşkian strateji məsələlər üzrə vitse-prezident Məhəmmədcavad Zərifin istefasını qəbul edib.
Crossmedia.az bu barədə İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir.
Bildirilir ki, Zərif istefa ərizəsini martın 3-də təqdim etsə də, Prezident Pezeşkian onun müraciətinə yalnız indi müsbət cavab verib.
Zərifin yerinə 59 yaşlı Mohsen İsmaili strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə təyin olunub.
22:56 16.04.2025
Oxunuş sayı: 1175