Ukrayna F-16 pilotu Pavlo Ivanovun həlak olduğunu təsdiqlədi

Ukrayna Hərbi Hava Qüvvələri 26 yaşlı qırıcı pilot Pavlo Ivanovun aprelin 12-də döyüş tapşırığı zamanı F-16 təyyarəsində həlak olduğunu rəsmən təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən yayılan bəyanatda Ivanovun ailəsinə başsağlığı verilib. Bildirilib ki, F-16 pilotları demək olar ki, hər gün döyüş tapşırıqları yerinə yetirir, zərbə aviasiya qruplarını müşayiət edir və düşmən mövqelərinə hücumlar həyata keçirirlər.
“Ukraynalı pilotlar insan və texniki imkanların sərhədlərində çalışır, hər uçuşda həyatlarını riskə atırlar. Pavlo da onlardan biri idi,” – deyə bəyanatda qeyd olunub.
Mədinə Cəlilova
13:44 13.04.2025
Oxunuş sayı: 942