ABŞ Tramp dövründə bəzi elektronika məhsullarını “güzgü” idxal rüsumlarından azad edib

ABŞ Gömrük və Sərhəd Mühafizəsinin sənədinə əsasən, Donald Tramp administrasiyası dövründə müəyyən elektronika məhsulları “güzgü” rüsumlardan çıxarılıb.
Crossmedia.az xəbər verir ki, sənəddə qeyd olunur ki, düzgün təsnif edilən bütün məhsullar qarşılıqlı idxal rüsumlarından azad olunacaq.
İstisna siyahısına 20 məhsul təsnifat kodu daxildir ki, bunlar arasında noutbuklar, planşetlər, smartfonlar, modemlər, xarici sərt disklər, fleş kartlar, monitorlar, tranzistorlar, çeviricilər və digər yarımkeçirici qurğular yer alır.
Bu addımın əsas məqsədinin texnologiya məhsullarının idxalında əlavə yükü azaltmaq və ABŞ bazarında bu sahədə sabitliyi qorumaq olduğu ehtimal edilir.
Mədinə Cəlilova
21:50 12.04.2025
Oxunuş sayı: 1404