Axios: ABŞ istiqrazları “təhlükəsiz liman” statusunu itirir

Axios nəşrinin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni gömrük tarifləri səbəbilə Amerika dövlət istiqrazları və dollar “təhlükəsiz liman” kimi qəbul edilməkdən çıxır.
Crossmedia.az xəbər verir ki, qlobal maliyyə bazarlarında baş verən son enişlər zamanı investorlar adət olunmadığı şəkildə ABŞ dövlət istiqrazlarından və dollardan uzaqlaşıblar. Nəşrdə qeyd olunur ki, bu hal qeyri-adi sayılır, çünki əvvəlki iqtisadi böhranlar zamanı investorlar risqlərdən qaçaraq məhz dollara və ABŞ istiqrazlarına yönəlirdilər.
Axios analitiklərinə görə, bu dəyişiklik Tramp administrasiyasının iqtisadi siyasəti və beynəlxalq ticarət münasibətlərinə müdaxiləsinin artması ilə bağlı narahatlıqları əks etdirir.
Mədinə Cəlilova
20:30 12.04.2025
Oxunuş sayı: 1352