Avstraliyanın Sidney şəhərində Novruz bayramı qeyd olunub




Avstraliyanın Sidney şəhərində Avstraliya Azərbaycan Assosiasiyası (AAA) və Güney Azərbaycan Demokratik Türk Birliyi tərəfindən Novruz bayramı qeyd olunub.
Crossmedia.az xəbər verir ki, təbirdə Quzey və Güney azərbaycanlılar, Anadolu türkləri, Tatar assosiasiyası, Şimali Kiprin fəxri konsulu, Şimali Kipr Assosiasiyasının prezidenti və başqanları, Avstraliya Maarif məktəbinin keçmiş direktoru Dr. Necim Uzun və tanınmış sənətçi Abdullah Öztorpaq iştirak edib.
Həmçinin, Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatının Multikulturalizm Məsələləri üzrə naziri Novruz bayramı münasibətilə Avstraliya Azərbaycan Assosiasiyasını təbrik edib.
Nəzrin Salmanova
17:53 23.03.2025
Oxunuş sayı: 10803