Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsini ziyarət edilib


Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli şəhid Ələddin Səidovun ailəsini ziyarət edib.
Crossmedia.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir ki, ailə üzvləri ilə görüşdə şəhid Ələddin Səidovun şərəfli döyüş yolundan bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını fəda etmiş qəhrəmanlarımızın xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Şəhidin ailəsinə müvafiq sosial ödənişlər təyin edilib və nazirlik tərəfindən ikiotaqlı mənzillə təmin olunub.
Görüşdə onun ailəsinin sosial vəziyyəti öyrənilib. Səidovlar ailəsi dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər.
Qeyd edək ki, Ələddin Səidov 44 günlük Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
20:20 20.03.2025
Oxunuş sayı: 942