Azərbaycan Qazaxıstanda keçirilən festivalda təmsil olunub


Paytaxt Astanadakı Milli Avrasiya Universitetində təhsil alan azərbaycanlı gənclər Görüş günü - Amal bayramı münasibətilə bu təhsil ocağında keçirilən festivalda iştirak ediblər.
Görüş günü Qazaxıstan xalqının Novruzun gəlişini qeyd etdikləri bayramdır. Bizdə 4 çərşənbəni ehtiva etdiyi halda, qazax ellərində bayrama hazırlıq martın 14-dən başlayır və 10 gün davam edir. Novruz təbiətin yenilənməsinin rəmzi olduğu kimi, Görüş günü insanların bir-birinə hörmətini, sağlıq və rifah arzularını ifadə etdiyi gündür.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyətini, adət-ənənələrini göstərən suvenirlər, milli təamlar, Novruz bayramı atributları nümayiş olunub, rəqslərimiz ifa edilib. Milli geyimli soydaşlarımız qonaqlara ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, mətbəxi barədə məlumat verib. Azərbaycan guşəsi tədbir iştirakçılarının böyük marağına səbəb olub.
17:30 18.03.2025
Oxunuş sayı: 944