Ərdoğan və Tramp arasında telefon danışığı: ABŞ Türkiyəyə etibar edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiye qəzeti məlumat yayıb.
Məlumata görə, Tramp söhbət zamanı bildirib: "Biz sizə bu regionda etibar edirik".
ABŞ-nin Türkiyəyə yeni təyin olunmuş səfiri Tom Barakdan bəhs edən Tramp vurğulayıb: "Səfir sizin sərəncamınızdadır, onunla birbaşa əlaqə saxlaya bilərsiniz. Başqa vasitəçi axtarmağa ehtiyac yoxdur".
Qeyd olunub ki, Tom Barakın babası 1900-cü ildə Osmanlı imperiyasının vətəndaşı olub və Livandan ABŞ-yə köçüb.
Ərdoğanın bayramlardan sonra – apreldə ABŞ-yə səfər edəcəyi gözlənilir.
Həmçinin Tramp qarşılıqlı səfərlərin gecikmədən baş tuta biləcəyini bildirib.
Fatimə Məmmədova
13:09 18.03.2025
Oxunuş sayı: 935