“Qədim fəlsəfədən süni intellektə: Platon, Pifaqor və müasir texnologiyalar” adlı seminar keçirilib

AMEA Fəlsəfə və Sosiologiya institutunun akt zalında “Qədim fəlsəfədən süni intellektə: Platon, Pifaqor və müasir texnologiyalar” adlı seminar keçirilmişdir.
Seminarın mövzusu qədim fəlsəfi ideyalar ilə müasir texnoloji nailiyyətlər arasındakı əlaqəni araşdırmağı təklif edirdi. Platon və Pifaqor kimi qədim düşünürlər riyaziyyat, məntiq və universal qanunların axtarışı vasitəsilə dünyanı anlamağın əsaslarını qoyublar. Platon öz ideyalar nəzəriyyəsində həqiqətin mücərrəd formalara əsaslandığını iddia edirdi ki, bu da süni intellektin əsasını təşkil edən alqoritmlər və modellərlə üst-üstə düşür. Pifaqor isə dünyanın riyazi harmoniya ilə idarə olunduğuna inamı ilə bütün proseslərin rəqəmlər və hesablamalar vasitəsilə təsvir edilə biləcəyi fikrini irəli sürüb.
Müasir texnologiyalar, xüsusilə süni intellekt, məlumatların təhlili, öyrənmə və qərarların qəbulu üçün bu prinsiplərə əsaslanır. Beləliklə, qədim fəlsəfə nəinki elmin inkişafına təsir göstərib, həm də rəqəmsal inqilab dövründə qədim ideyaların necə aktual ola biləcəyini nümayiş etdirərək texnoloji yeniliklərə ilham verir.
Seminarın əsas məruzəçisi, “Sosiologiya” şöbəsinin baş elmi işçisi fəlsəfə elmləri doktoru Aydın Əlizadənin iddiasına görə bu mövzu onun tərəfindən dünyada ilk dəfə bir problem kimi ortalığa çaxarılmışdır. Bu barədə o, axtarış sistemlərinə sorğu vermişdi və məlum olmuşdu ki, dünyada hələ ki, qədim fəlsəfələrin müasir rəqəmsal dünya ilə bənzərlikləri haqqında elmi işlər olmamışdır. Ona görə də keçirilər bu seminar Azərbaycan elminin uğuru kimi qeydə alınmalıdır.
Aydın Əlizadəyə görə platonizmin və pifaqorçuluğun müasir rəqəmsal texnologiyalar ilə müqayisəli təhlilinin aparılmasının bir sıra praktiki praktiki əhəmiyyətləri vardır. Bunlar aşağıdakılardır:
1. Yeni dünyagörüşün formalaşması və fəlsəfi ideya sahəsini genişlənməsi.
2. Fəlsəfi ideyanın doğulmasından yeni elmi kəşflərin canlanması.
3. Müqayisəli fəlsəfi təhlil çətin riyazi sistemləri anlaşıqlı edir, təhsildə istifadə üçün vasitədir.
4. Antik fəlsəfənin Sİ-lə müqayisəsi etik prinsiplrin tətbiq edilməsində önəmli rol oynayır.
5. İncəsənətdə müqayisəli təhlil yeni sənət incilərinin yaradılması üçün təkan verir.
6. Daha effektiv maşın öyrənmə alqoritmləri yaratmaq üçün mücərrəd düşüncə və məntiqdən istifadə üçün imkan yaradılır.
7. Harmoniya və mütənasiblik prinsiplərindən istifadə etməklə estetik və istifadəçi interfeyslərin yaradılması.
Məruzəçinin çıxışı bitdikdən sonra müzakirə iştirakçıları qoyulan problemləri müzakirə etdilər.
Aydın Əlizadənin seminarda çıxışının videosu əlavə olunur.
https://www.youtube.com/watch?v=zLfdufvHhlw
13:48 17.03.2025
Oxunuş sayı: 520