Fuad Muradov İSESCO-nun Baş Direktoru ilə əməkdaşlıq məsələlərini müzakirə edib




"Azərbaycanın dostu, İSESCO-nun Baş Direktoru Dr.Salim Al-Malik ilə səmimi görüşümüz oldu".
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "X" sosial hesabında yazıb.
"Biz mədəni irsin qorunması sahəsində əməkdaşlığı müzakirə etdik. Bəzi Afrika ölkələrində diasporun iştirakı ilə birgə humanitar layihələri də müzakirə etdik", - paylaşımda qeyd olunub.
12:36 14.03.2025
Oxunuş sayı: 1555