Baş direktor: "İSESCO Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığa xüsusi önəm verir"

İSESCO Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə mədəniyyət sahəsində əməkdaşlığa xüsusi önəm verir.
Crossmedia.az xəbər verir ki, bu barədə İSESCO-nun Baş Direktoru Salim M. AlMalik komitəsi rəhbəri Fuad Muradovla görüşünə dair Diaspor TV-yə müsahibəsində deyib.
O bildirib ki, görüş zamanı müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
"Bu, təkcə Azərbaycan mədəniyyətinin deyil, həmçinin İslam dünyası mədəniyyətinin tanıdılması və qorunması baxımından da vacibdir. Öz vətənindən kənarda yaşayan insanlara bu dəyərləri çatdırmaq bizim borcumuzdur. Bu baxımdan bizim də, diasporun da bəzi öhdəlikləri var. Ümid edirəm ki, bundan sonra irəli sürülən təşəbbüslır diaspor üçün faydalı olacaq", - o bildirib.
Kənan Novruzov
12:30 13.03.2025
Oxunuş sayı: 868