Türkiyədə 4,8 bal gücündə ZƏLZƏLƏ

Bu gün Türkiyənin Hakkari vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Zəlzələnin episentrinin yerin 7 kilometr dərinliyində olduğu bildirilir. Hazırda dağıntılar və insan tələfatı ilə bağlı rəsmi məlumat yoxdur.
22:18 11.03.2025
Oxunuş sayı: 1596