Polşada Beynəlxalq orqan alverçisi saxlanıldı

Polşa hüquq-mühafizə orqanları beynəlxalq insan orqanı alveri ilə məşğul olan şəbəkənin üzvünü saxlayıb. Saxlanılan Ukrayna vətəndaşı 2017–2019-cu illərdə qanunsuz orqan ticarətində iştirak etdiyinə görə Qazaxıstanda 12 il həbs cəzasına məhkum edilib.
Crossmedia.az Reuters agentliyinə istinadən xəbər verir ki, qadın insan orqanlarını qanunsuz çıxarıb və satmaqla məşğul olub. Qurbanlar arasında Azərbaycan, Qazaxıstan, Ermənistan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tayland vətəndaşları da var.
Bu həbslə Polşa hüquq-mühafizə orqanları beynəlxalq orqan ticarəti şəbəkəsinə ciddi zərbə vurub. Hazırda araşdırmalar davam edir və digər şübhəlilərin də saxlanılması istisna edilmir.
Pərvin Hacıyeva
21:54 11.03.2025
Oxunuş sayı: 1748