Pakistanda silahlılar qatarda 450 sərnişini girov götürüb

Pakistanda silahlılar qatarın sərnişinlərini girov götürüldülər.
Crossmedia.az “Sputnik Iran”a istinadən xəbər verir ki, bu gün etnik bəluçlardan ibarət silahlı şəxslər Pakistanın Kvetta şəhərindən Peşavərə gedən “Jaffar Express” qatarını qaçıraraq 450-dən çox sərnişini girov götürüblər.
Məlumata görə, silahlılar Pakistan hökumətindən hava hücumlarına son qoymağı tələb edirlər və hərbi əməliyyatlara başlayacaqları halda girovları öldürəcəkləri ilə hədələyirlər.
Qeyd olunub ki, silahlı atışma nəticəsində qatarın maşinisti də yaralanıb.
19:41 11.03.2025
Oxunuş sayı: 1554